Koronavirus hansı xəstəliklərlə paralel daha təhlükəli ola bilər? - AÇIQLAMA

18:00 29-03-2020 47

“Xüsusilə kordioloji, böyrək problemləri olan insanlar diqqətli olsunlar”.

HerGun.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Siyasəti və İslahatlar Şöbəsinin müdir müavini Nabil Seyidov ATV-nin canlı efirində çıxışı zamanı deyib. 

O bildirib ki, koronavirus xüsusilə orqanizmdə müəyyən xəstəlikləri olan insanlar üçün təhlükəlidir:

“Bütün ixtisaslar üzrə həkimlərimiz, tibb müəssisələrimiz hazırlıqlı olmalıdırlar. Bildiyiniz kimi, koronavirus xüsusilə paralel xəstəlikləri olan insanlara qarşı amansız olur. Kardioloji, böyrək problemləri olan insanlar öz sağlamlıqlarını maksimum dərəcədə qorumalıdırlar”.

Könül Cəfərli