Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq planına - DƏYİŞİKLİK

17:09 12-07-2019 718

Azərbaycanda ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planına dəyişiklik edilib.

HerGun.Az xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, azsaylı xalqların uşaqları üçün təşkil edilən məktəbəhazırlıq təhsili, əsasən, həmin uşaqların seçilən tədris dili üzrə nitq bacarıqlarının formalaşdırılmasını, eləcə də məktəbəhazırlıqla bağlı digər zəruri məsələlərin təmin olunmasını nəzərdə tutacaq.

Ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilməyəcək. Məktəbəhazırlıq qruplarına beş yaşı həmin il tamam olan uşaqlar qəbul ediləcək.

Könül Cəfərli