Karantin həyatı: körpə atasına evdən işləməyə imkan vermədi – VİDEO

06:40 30-03-2020 567

Bildiyimiz kimi bu günlərdə koronavirus pandemiyası səbəbindən bir çox insan evdən işləməyə məcburdur.

“Caters Clip” xəbər verir ki, bu dövrdə ən böyük çətinliyi evdə azyaşlı uşaqları olan valideynlər çəkir.

Türkiyənin Qaziantep şəhərinin sakini Məhəmməd Qorabın lentə aldığı video karantin günlərində evdə körpəsi olan valideynlərin üzləşdiyi problemi əks etdirir.

Kadrlarda 9 aylıq körpə qızın atasına işləməyə imkan vermədiyini görmək olar.

Qeyd etmək lazımdır ki, atanın cəhdlərinə baxmayaraq, diqqəti özünə çəkmək istəyən uşaq sonda qalib gəlir.

Uşaqla “mübarizə aparmaqdan” yorulan əlacsız ata bütün ixtiyarı körpəyə verməli olur.

Bu kadrlara baxan bir çox insan hal-hazırda analoji problemlə üzləşdiyini etiraf edir.