“SOCAR Petroleum”: “Yanacağın satışında məhdudiyyət yoxdur”

11:00 30-03-2020 541

“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir.

Bunu Report-a QSC-nin Mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

O qeyd edib ki, hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər:

“Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur”.