Aparıcıdan etiraf: Hotellərdən “domaşnik”ləri çırpışdırıram

13:27 18-06-2019 661

Teleməkanın tanınmış aparıcısı Azər Qərib şəxsi “İnstagram” hesabında gündəmə səbəb olan paylaşımı ilə diqqət mərkəzinə düşüb.

HerGun.Az xəbər verir ki, A.Qərib təyyarədən yayımladığı fotoda hotellərdən oğurluq etdiyini yazıb:

“Sizi bilmirəm, mən həmişə hotellərdən “domaşnik”ləri (tərlik - red.) çırpışdırıram, bunu da aparacağam. Əvvəla, xalatdan, dəsmaldan, ədyaldan, televizordan fərqli olaraq, “domaşnik”ləri aparmaq günah deyil. O, sırf sizindir, otağa qoyulan andan artıq sərfiyyata silinib, həm də ki, bağda filanda lazım olur.

Hətta hotellərin özləri bu “oğurluğu” dəstəkləyirlər, çünki əlavə reklamdır”. 

Rəşad Əliyev