Deputat: “Kommunal xərclər sıfırlansın”
12:20 30-03-2020 312
Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev Azərbaycanda koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə görə, əhaliyə güzəştlər edilməsini təklif edib.
HerGun.Az-ın məlumatına görə, o, Azərbaycanda kommunal xidmət xərclərinin sıfırlanmalı olduğunu bildirib.
“Eyni zamanda, təklif edirəm ki, kreditlər dondurulsun”, - deyə R.Nurullayev əlavə edib.
Aqşin Kərimov