Güclü külək Tovuz və Ağstafada fəsadlar törətdi - FOTO

18:27 12-07-2019 44

İyulun 12-də günün ikinci yarısından sonra Tovuz və Ağstafa rayonlarında güclü külək başlayıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, təbiət hadisəsi nəticəsində evlərə, ağaclara, elektrik xətlərinə ciddi ziyan dəyib.

Nəticədə, elektrik enerjisinin təchizatı dayanıb, meyvə bağları, əkin sahələri zərər görüb.

Hazırda rayonlarda külək davam edir.

Nazir Quliyev