BMT-nin doqquz əməkdaşı koronavirusa yoluxub

06:20 01-04-2020 380

BMT-nin doqquz əməkdaşı Cenevrədə koronavirusa yoluxub.

“TASS” xəbər verir ki, bu haqda təşkilatın Cenevrədəki qərargah-mənzilinin nümayəndəsi Alessandra Veluççi məlumat yayıb.

Qeyd etmək lazımdır ki, yoluxanların adları barədə məlumat verilmir.

Söhbət BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının və digər qurumların əməkdaşlarından gedir.