İspaniya tarixində ilk - Qadın ordu generalı oldu

20:00 12-07-2019 825

İspaniyanın Nazirlər Şurası Patrisiya Orteqa Qarsiyaya ölkə Silahlı Qüvvələrinin generalı adının verilməsini təsdiq edib.

TASS xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin rəsmi nümayəndəsi İzabel Selaa bildirib.

O qeyd edib ki, Nazirlər Şurasının bu iclasında yaxşı bir xəbər verildi. O.Qarsiya İspaniya Silahlı Qüvvələrində general rütbəsinə yüksələn ilk qadın oldu.

56 yaşlı O.Qarsiya krallıq ordusundakı 30 illik xidmətindən sonra bu ada layiq görülüb. Hazırda İspaniya ordusunda xidmət edənlərin 12,5 faizi (15 min nəfər) qadındır.