Əsginası tüpürcəyi ilə isladan kişi həbs olundu – FOTO/VİDEO

20:20 01-04-2020 585

Amerikalı turist 10 dollarlıq əsginası tüpürcəyi ilə islatdıqdan sonra bankomata yerləşdirir.

Bununla bağlı kadrları “Daily Mail” nəşri yayımlayıb.

Hadisə Kambocada qeydə alınıb. Müşahidə kameralarının köməyi ilə 64 yaşlı turist aşkar edilərək saxlanılıb.

Kişinin koronavirusla bağlı nəticələri mənfi çıxsa da, bank binasında dezinfeksiya işləri aparılıb.