Vyanadan Ankaraya uçan təyyarədə ölüm

20:27 12-07-2019 722

Vyanadan Ankaraya uçan “Peqasus” şirkətinə məxsus təyyarə Rumıniyaya təcili eniş etməli olub.

“RİA Novosti” xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, uçuş zamanı sərnişinlərdən biri infarkt keçirib. Ekipajdakı həkimlərin müdaxiləsi nəticə verməyincə təyyarə təcili olaraq yaxındakı Buxarest aeroportuna eniş edib.

Türkiyə vətəndaşı kişiyə burada tibbi yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Mətbuat iddia edir ki, mərhum sərnişinin üzərində kardiostimulyator olsa da, təyyarə heyəti uçuşdan qabaq onu söndürməyi tələb edib.