Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

22:40 01-04-2020 373

Türkiyədə koronavirusdan ölənlərin sayı artıb.  

HerGun.Az xəbər verir ki, bu gün daha 63 nəfər bu xəstəlikdən vəfat edib.  

Bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca keçirdiyi canlı yayımda məlumat verib.  

O bildirib ki,  bu gün ümümilikdə 14396 nəfər test edilib və 2148 nəfərdə koronavirus aşkarlanıb.  

Qeyd edək ki, Türkiyədə koronavirusdan indiyə qədər 277 nəfər ölüb, 15679 nəfər isə xəstəliyə yoluxub.