Bakıda itin gözlərini çıxarıb küçəyə atdılar - FOTO/VİDEO

00:00 02-04-2020 424

Bakıda itin gözlərini çıxarıb küçəyə atdılar.  

HerGun.Az xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb.  

Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil.  

Xatırladaq ki, bir müddət əvvəl daha bir itin gözləri çıxarılıb, cinsiyyət orqanı kəsilmişdi.  

Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu.