“Bakıxanov bazarı”ndakı yanğın söndürüldü - YENİLƏNİB+FOTO

01:20 02-04-2020 318

Sabunçu rayonunda yanğın baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, “Bakıxanov bazarı” adlanan ərazidə qeydə alınıb. 

İlkin məlumata görə, velosiped mağazasında yaranan qısaqapanma yanğına səbəb olub.  

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin altı texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun əhatəsi genişlənib və obyektə bitişik digər mağazalara da keçib.  

Yanğın söndürülüb, hazırda soyutma işləri görülür. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli 

 

01:05

Bakının Sabunçu rayonunda yanğın olub.  

HerGun.Az xəbər verir ki, “Bakıxanov bazarı” adlanan ərazi yanıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.