Evə basqın edən polis mənzərəni görəndə şoka düşdü – FOTO

04:00 02-04-2020 346

Türkiyənin Antalya şəhərində əməliyyat həyata keçirən jandarma bir evə basqın edərkən gözləmədikləri mənzərə ilə üzləşiblər.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, jandarmaya mənzillərin birində qumar oynandığı barədə məlumat daxil olub. Hüquq mühafizəçilər də bununla əlaqədar əməliyyat keçiriblər. Qapını açdıqda otaqda qumar masaları ətrafına toplaşan insanlar görünüb.

Məlum olub ki, yayılan koronavirus epidemiyası ilə bağlı qadağaları pozan şəxs mənzilini qumarxanaya çevirib. 

Əməliyyat zamanı altı nəfər saxlanılıb.

Onlardan beşi 6125 lirə (1750 AZN) cərimələnib. Oyunu təşkil edən şəxs isə 3150 (900 AZN) cərimədən əlavə məsuliyyətə cəlb olunub. Onun barəsində qumar oynanılmasına yer və imkan yaratdığı üçün cinayət işi qaldırılıb.