Rusiyada koronaviruslu körpə doğuldu

05:40 02-04-2020 302

Rusiyanın paytaxtı Moskva şəhərində koronaviruslu uşaq doğulub.

“Lenta.ru” xəbər verir ki, anası uşağa hamilə olarkən onda koronavirus təsbit edilib.

Qadın qeysəriyyə əməliyyatı vasitəsi ilə doğuş edib.

Hal-hazırda o, körpə ilə birgə müalicə alır.