Göygöldə ev yandı: Xəsarət alan var

09:20 02-04-2020 325

Göygöl rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Yeni Zod kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.