Koronavirusa yoluxanların sayı bir milyonu ötdü

22:20 02-04-2020 333

Dünya üzrə koronavirus pandemiyasına yoluxanların sayı artıq bir milyonu ötüb. 

Bu virusdan ölənlərin sayı isə son rəqəmlərə görə 51 354-ə bərabərdir.

Son sutkanın rekord göstəricisi yenə İtaliyada qeydə alınıb. Burada gün ərzində 13 915 nəfər koronavirusa yoluxub. 760 nəfər isə bu səbəbdən vəfat edib.