Binəqədi sakinindən beş kiloqramdan artıq heroin müsadirə edilib

12:20 04-04-2020 498

Keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində beş kiloqramdan artıq narkotik vasitə - heroin müsadirə edilib.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əməliyyatçılar əvvəllər narkotik saxlamaqda ittiham olunan Binəqədi qəsəbəsinin sakini - 1977-ci il təvəllüdlü Elman Əliyevi saxlayıb. Axtarış zamanı onun üzərində 20.632 qram heroin aşkarlanıb.

Evdə aparılan axtarış zamanı polislər satış üçün nəzərdə tutulan beş kiloqramdan artıq heroin taparaq müsadirə edib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Ramella İbrahimxəlilova