Şahzadə Diananın sviteri 10 qat baha satıldı

05:00 13-07-2019 777

Şahzadə Diananın hərraca çıxarılan sviteri 53,5 min dollara satılıb. 

Hərracın başa çatması haqqında məlumatı satışn təşkilatçısı “Twitter” səhifəsində bildirib.

Üzərində havada süzən qırmızı donlu qız şəkli əks olunmuş tünd-göy rəngli sviteri adının çəkilməyini istəməyən Kaliforniya sakini əldə edib. 

Paltarın ilkin təklif olunan qiymətdən 10 qat baha satııldığı bildirilir. 

“Daily Mail”in məlumatına əsasən, şahzadə Diana sviteri özünün fitnes-treneri Cenni Rivettə bağışlamışdı.