Moskva koronavirusa görə Rusiyada ən yüksək risk qrupunda olan ərazidir

10:20 05-04-2020 338

Rusiya regionları arasında koronavirusa görə ən yüksək risk qrupu Moskvadadır.  

TASS xəbər verir ki, bu barədə şəhər Meri Sergey Sobyanin açılama verib.  

O bildirib ki, çox sayda insan başqa regionlara Moskvadan keçməklə getdikləri üçün bu şəhər ən çox risk altında qalan ərazi olub. 

“Bununla əlaqədar paytaxtda sərt karantin rejimi tətbiq olunub”, - deyə mer əlavə edib.  

O, həmçinin vurğulayıb ki, metroda qatarların hərəkət qrafikini maksimum dərəcədə artırıblar ki, sıxlıq olmasın: “Əks halda insanlar çiyin-çiyinə getməli olacaqlar ki, bu da yayılma riskini artırır”.