Avropada yeganə davam edən futbol çempionatının yayım hüququnu alanların sayı artır

18:40 05-04-2020 440

Dünyanın demək olar ki, bütün futbol turnirləri koronavirus pandemiyasına görə dayandırıldığı halda, Belarus çempionatı hələ də davam edir.
Belarus hökuməti nə karantin rejiminə, nə də bu idman yarışlarını dayandırmaq kimi tədbirlərə ehtiyac duymur.

“Reuters”in məlumatına görə, Belarus Futbol Federasiyası ölkə çempionatının yayım hüquqlarını artıq on ölkəyə satıb.

Futbolsuzluq dönəmində çempionatın yayım hüququnu əldə edən ölkələr arasında Rusiya, İsrail, Hindistan, Bolqarıstan kimi dövlətlər var.