Meqan Markl kral ailəsinə milyonluq sərvət gətirib

07:36 13-07-2019 790

Sasseks hersoginyası Meqan Markl üzərində Britaniya kral ailəsinin simvolu həkk olunmuş xatirə suvenirlərinin daha çox satılmasına kömək edən başlıca amil olub.

Bu barədə “The Daily Express” yazır.

Qeyd edilir ki, 2017-ci ildə 18,2 mln funt sterlinqlik (22,8 mln dollar) çini qab, oyuncaq ayı və krujeva satdığı halda, 2018-ci ildə bu məbləğ 3,5 mln funt sterlinq (4,4 mln dollar) artaraq 21,7 mln funt sterlinq (27,2 mln dollar) təşkil edib.

Bildirilir ki, satışın artımında Meqan Markl və şahzadə Harrinin toyu da böyük rol oynayıb.