51 il birgə yaşamış cütlük altı dəqiqə fərqi ilə dünyasını dəyişdi

03:00 06-04-2020 310

ABŞ-ın Florida ştatında 51 il birgə yaşamış 72 yaşlı Adrian və onun 74 yaşlı həyat yoldaşı Stüart Beyker koronavirus səbəbindən altı dəqiqə fərqi ilə dünyasını dəyişib.

“Metro” xəbər verir ki, Boynton-Biç şəhərində yaşamış cütlüyün heç bir ciddi xəstəliyi olmayıb.

Oğulları Baddi Beyker valideynlərinin üç həftə əvvəl özlərini pis hiss etməsini bildirib.

Onlar koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Martın 29-u Adrian vəfat edib. Altı dəqiqə sonra isə Stüart da koronavirusla mübarizədə məğlub olub.