Karantin qaydalarını pozan Şotlandiyanın baş həkimi istefa verdi

03:40 06-04-2020 330

Şotlandiyanın baş həkimi Ketrin Keldervud koronavirusla bağlı tətbiq olunan karantin qaydalarını iki dəfə pozduğu üçün qalmaqala səbəb olub.

“RİA Novosti” xəbər verir ki, nəticədə qadın istefa verib.

Şotlandiya sakinlərinə evdə qalmağı tövsiyyə edən baş həkim ölkənin şərq sahilində yerləşən villasına gedib.

Bundan əlavə, K.Keldervud iki dəfə yol hərəkəti qaydalarını pozub.

Əhalinin qınağına tuş gələn baş həkim istefa verməyə məcbur olub.