Aİ şirkətlərinin Azərbaycan iqtisadiyyatından gözləntisi

14:18 18-06-2019 648

Avropa İttifaqı (Aİ) şirkətlərinin 64 faizi Azərbaycanda cari ildə iqtisadiyyatın bütün sektorlarında nikbinliyin müşahidə olunduğunu qeyd ediblər.

HerGun.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının 2019-cu il üzrə biznes mühiti hesabatında qeyd olunub.

Hesabata əsasən, 2018-ci illə müqayisədə Aİ şirkətlərinin biznesə dair fikirləri nikbindir. Belə ki, ötən il şirkətlərin 51 faizi iqtisadi perspektivləri qənaətbəxş hesab edirdisə, bu il Aİ şirkətlərinin 64 faizi Azərbaycan iqtisadiyyatından sabit artım gözləyir.

Sorğu iştirakçılarının 74%-i hazırkı iqtisadi vəziyyətin qənaətbəxş və ya güclü olduğunu düşünür.

Könül Cəfərli