MRTŞ-yə yeni sədr seçildi

18:00 06-04-2020 37

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

HerGun.Az-ın məlumatına görə, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.