Okean dibində aşkar edilən bakteriyalar Marsda həyat axtarışına kömək edəcək

06:00 07-04-2020 318

Təsadüfi olaraq okean dibində açkar edilən təkhüceyrəli bakteriyalar Marsda həyat axtarışında alimlərə kömək edəcək.

“Metro” xəbər verir ki, Tokio Universitetinin alimləri əmindirlər ki, əgər onlar Yer planetində  vulkanik süxurların çatlarında bakteriya aşkar edibsə, Marsda da bu cür bakteriyalar tapılacaq.

Onlar hal-hazırda “NASA” ilə əməkdaşlığa başlayıblar.

“Bu mikroblar okeanın dərinliklərində yaşayırlar. Onlar aerob orqanizmlərdir, yəni oksigen vasitəsi ilə orqanik maddələri oksidləşdirərək qida əldə edirlər. Bakteriyaların aşkar edildiyi süxurlar on bəlkə də yüz milyonlarla il öncə formalaşıb. Böyük ehtimal var ki, analoji süxurlara biz Marsda da rast gələ bilərik. Beləliklə, biz artıq Marsda həyatı hardan axtarmağa başlayacağımızı bilirik”, - deyə alimlər vurğulayıb.