“Həmişəcavan” 50 yaşlı balerina cazibəsinin sirrini açdı

10:00 07-04-2020 1584

Böyük Britaniyanın Dorset qraflığında yaşayan, daim cavan görünən 50 yaşlı Brinda Kolins, əslində, yaşından daha gənc görünmək kimi bir məqsədinin olmadığını deyib.

“Daily Mail” xəbər verir ki, keçmiş balerina cavan görünmək üçün botoks və ya plastik əməliyyata müraciət etmədiyini açıqlayıb.

O, dərisinə davamlı qulluq etdiyini deyərək, bunun üçün mütləq bahalı vasitələrdən istifadə etməyin bir önəmi olmadığını qeyd edib.

“44 yaşımda baletdən gedəndən sonra özümə uyğun idman növü seçməkdə çətinliyim oldu”, - deyən britaniyalı qadın fitneslə məşğul olmağa qərar verib.

O, həftənin altı günü Debbi Zibersin fitnes videodərslərini izləyərək məşq edib.

Kollins mütəmadi olaraq stres atmağın zəruriliyini də vurğulayıb:

“Çalışıram, hər gün yaradıcılıqla məşğul olum. Bu, gərginliyimi azaltmaq üçün ən yaxşı üsuldur. Son zamanlar köhnə mebelləri təzələyirəm. Bununla bağlı “YouTube”da videolar tapıb baxıram. Daha əvvəl isə dizayn-studiya açıb fotoqraflıq edirdim”.