Türkiyədə koronavirusdan ölənlərin sayı artaraq 725-ə çatdı

21:20 07-04-2020 334

Türkiyədə koronovirusdan (COVID-19) ölənlərin sayı artıb.  

HerGun.Az xəbər verir ki, xəstəlikdən bu gün daha 76 nəfər vəfat edib. 

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabından açıqlama yayıb. 

Nazir qeyd edib ki, son 24 saatda 20023 şübhəli koronavirus testindən keçib, onlardan 3892 nəfərinin cavabı pozitiv çıxıb. 

Bugünkü ölümlərlə birlikdə Türkiyədə yeni növ koronavirusdan indiyədək 725 nəfər dünyasını dəyişib, 34109 nəfərdə isə virusa yoluxma aşkarlanıb. Onlardan 1474 nəfəri reanimasiyadadır, 1582 nəfərin isə müalicəsi müsbət nəticə verib.