Boliviyada kütləvi bayram keçirilən şəhərin meri həbs edilib

03:00 08-04-2020 332

Boliviya polisi koronavirus pandemiyasına baxmayaraq kütləvi bayramın keçirilməsinə icazə verən kiçik Patakamaya şəhərinin merini həbs edib.

“RİA Novosti” xəbər verir ki, nəticədə altı şəhər sakini koronavirusa yoluxub, bir nəfər isə həyatını itirib.

Qeyd etmək lazımdır ki, mer ilə birlikdə şənliyi təşkil edən daha iki nəfər həbs edilib.

Mer Tibursio Soke bayramın keçirilməsinə icazə vermədiyini bildirib.