Livan ordusu həbsxanada qalxan üsyanı yatırmağa cəhd edir

04:00 08-04-2020 329

Livan ordusunun bölmələri ölkənin şimalında yerləşən Əl-Qübbə həbsxanasında çıxan üsyanı yatırmağa cəhd edirlər.

“RİA Novosti” xəbər verir ki, məhbusların qohumları həbsxananın önündə etiraz aksiyaları keçirir.

Eitraz edənlər hərbçilərə daş və şüşə parçaları ilə hücum ediblər.

Nəticədə bir zabit və 12 əsgər xəsarət alıb.