Azərbaycanda koronavirusa görə telekanallar həmrəy oldular - VİDEO

23:40 08-04-2020 324

Koronavirus pandemiyası müxtəlif sosial qruplardan olan insanlar arasında həmrəylik yaradıb.

Bu mənada Azərbaycan da istisna deyil. Azərbaycanda fəaliyyət göstərən telekanallar belə həmrəylik nümunəsi nümayiş etdiriblər. 

Belə ki Azərbaycan Televiziyasının canlı efirində maraqlı telekörpü yaradılıb. Telekörpüyə İctimai Televiziyanın, “Xəzər”, “Real” və “CBC” telekanallarının aparıcıları qoşularaq xüsusi karantin dövründəki fəaliyyətlərindən bəhs ediblər. 

Həmin videoyazını təqdim edirik.