Husilər Marib şəhərinə raket zərbəsi endirib

02:20 09-04-2020 369

Yəməndə hüsilər ölkənin Marib şəhərinə ballistik raket zərbəsi endirib.

“Al-Ekhbariya” telekanalı xəbər verir ki, zərbə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, çərşənbə günü Səudiyyə Ərəbistanının rəhbərliyi altında ərəb koalisiyası Yəməndə iki həftə ərzində atəşkəs rejimi elan olunduğu barədə razılığa gəlib.

Atəşkəs rejimi bu gün saat 12:00-dan qüvvəyə minəcək.