Messi başqa kluba keçə bilər

07:00 09-04-2020 485

“Barselona”nın əfsanəvi hücumçusu və kapitanı Lionel Messi ilə Milanın “İnter” klubu maraqlanır.

“Football Italia” xəbər verir ki, italyan qrandı növbəti mövsümdə Messini öz sıralarında görmək istəyir.

Klub artıq 32 yaşlı forvardla danışıqlara başlamağa hazırdır.

Qeyd etmək lazımdır ki, başqa təklif Lionelə onun doğma “Nyuells Old Boys” klubundan gəlib.

Futbolçunun “Barselona” ilə müqaviləsi 2021-ci ilin iyun ayında bitir. Messi 2005-ci ildən katalon klubunda çıxış edir.