Fəhlə hündürlükdən yıxılıb öldü

13:00 13-07-2019 567

Gəncədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin dəmir sexlərinin birində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Nicat Əsədov işlədiyi sexdə hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev