“Atletiko”nun əfsanəvi yarımmüdafiəçisi koronavirusdan öldü

15:20 09-04-2020 402

Madridin “Atletiko” futbol klubunun ən yaxşı yarımmüdafiəçilərindən biri olmuş Migel Cons 81 yaşında koronavirusdan vəfat edib.

Xəbər klubun rəsmi saytında dərc edilib.

“Marca” nəşri yazır ki, xərçəng xəstəliyindən əziyyət çəkən futbolçu bir müddət əvvəl koronavirusa yoluxub.

İmmun çatışmazlıqdan əziyyət çəkən keçmiş futbolçu virusa yoluxandan bir neçə gün sonra ölüb.