ATƏT PA Qarabağdakı “seçkilər”ə etiraz etdi

17:40 09-04-2020 597

ATƏT Parlament Assambleyasının üzvləri Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən qondarma “prezident və parlament seçkilərinə” etiraz edib.

Bu barədə qurumun saytında bildirilir.

Assambleya üzvləri bəyan ediblər ki, işğal olunmuş və beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri-qanuni idi.  

Həmçinin, “seçkilərin” koronavirus pandemiyasına görə əhalinin sağlamlığına təhdidi gücləndirdiyi vurğulanıb.