Gəlin toy üçün yığılan pulları götürüb qaçdı

18:20 10-04-2020 419

Rusiyanın Moskva şəhərində polis toy üçün yığılan pulları götürüb qaçan gəlini axtarır.

REN TV xəbər verir ki, hadisə aprelin 8-də baş verib.

Belə ki, 24 yaşlı bəy 20 yaşlı tacik əsilli sevgilisi ilə birgə yaşadığı evə gələndə gəlinin “sevdiyim kimi də unudaram” yazdığı məktubunu tapıb.

Bundan sonra o, evdə toyları üçün saxladıqları 250 min rubl (5,725 AZN) pulun itdiyininin fərqinə varıb və polisə xəbər verib.

Faktla bağlı araşdırma aparılır.