Ronaldu dünyanı pandemiya dövründə birliyə səslədi - FOTO

01:20 11-04-2020 494

“Yuventus”un və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu azarkeşləri koronavirus pandemiyası dövründə bir-birinə kömək etməyə və bir olmağa səsləyib.

Futbolçu özünün sosial media hesabında Portuqaliya və İtaliyanın bayraqları əks olunmuş maskalarla şəklini paylaşıb.

Ronaldu paylaşımına belə bir şərh yazıb:

“Bu çətin zamanda dünyamız üçün birliyimiz və bir-birimizə dəstəyimiz çox vacibdir. Gəlin, kömək etmək üçün əlimizdən gələni edək”.