Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan oğulu vəfat edib - FOTO

16:40 12-04-2020 548

Aprelin 6-dan 7-nə keçən gecə Şəmkirdə ailə münaqişəsi zəminində atası tərəfindən evin yandırılması nəticəsində ağır yanıq xəsarətləri alan oğul həyatını itirib.

APA-nın məlumatına, 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu Bakıda xəstəxanalardan birində vəfat edib.

Qeyd edək ki, hadisə aprelin 6-dan 7-nə keçən gecə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu ailə münaqişəsi zəminində evə benzin tökərək  yandırıb. Bu zaman onun ailə üzvləri – 54 yaşlı həyat yoldaşı Nüşabə Yaqubova, oğlu - 32 yaşlı Əkbər Vəliyev, gəlini - 32 yaşlı Nərgiz Hüseynova və azyaşlı nəvəsi - 4 yaşlı Banu Vəliyeva yanıq xəsarətləri alıb. Onlar vəziyyətləri ağır olduğundan Təcili Tibbi Yardım briqadası ilə Bakı şəhərinə gətiriliblər.

Aprelin 7-də hadisəni törədən 57 yaşlı V.Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.