Ermənistanda hərbçi özünü asdı

17:40 12-04-2020 73

Ermənistanda 32 yaşlı hərbi qulluqçu intihar edib. 

“News Armenia” xəbər verir ki, onun meyiti ağacdan asılmış şəkildə tapılıb. 

İntihar edən şəxs Ararat rayon sakini 32 yaşlı A.Rafikdir. Onun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb.

A.Rafik Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində müqaviləli hərbi qulluqçu kimi xidmət edirmiş.