Fransada təqaüdçü özünü uçan təyyarədən tulladı

09:00 14-04-2020 441

Fransada 64 yaşlı kişi təqaüdə çıxmasını təyyarədə uçuşla qeyd etmək istəyib.

“Lad Bible” xəbər verir ki, uçuş zamanı təşvişə düşən fransız təsadüfi olaraq oturacağın tutacağını çəkib.

Nəticədə katapult sistemi kişini təyyarədən çölə tullayıb.

Qeyd etmək lazımdır ki, vaxtında açılan paraşüt onun həyatını xilas edib.