Koronavirusa yoluxan qadın koma vəziyyətində dünyaya uşaq gətirdi

09:00 15-04-2020 516

ABŞ-ın Vankuver şəhərinin (Vaşinqton ştatı) 27 yaşlı sakini koronavirusdan müalicə şərçivəsində süni koma vəziyyətinə salındıqdan sonra dünyaya uşaq gətirib.

“The Mirror” xəbər verir ki, martın 24-ü Ancela Primaçenkonun koronavirusa yoluxduğu ortaya çıxıb.

Səkkiz gün ərzində qadının vəziyyəti getdikcə pisləşib. Xəstəxanaya yatırılan Ancelanı müalicə etmək üçün süni koma vəziyyətinə salıblar.Qeyd etmək lazımdır ki, 33 həftəlik hamilə olan qadın koma vəziyyətində dünyaya qız uşağı gətirib.

“Komadan çıxdıqda artıq yekə qarnım yox idi. Bu inanılmaz idi”, - deyə qadın bildirib.

Aprelin 11 qadın xəstəxanadan evə buraxılıb, lakin hələ də körpəsi Avanı qucağına ala bilməyib. Uşaq hal-hazırda reanimasiyadadır və koronavirusa yoluxmayıb.