SOCAR bu il 94 min ton metanol və 43 min ton karbamid ixrac edib

10:40 15-04-2020 449

Bu ilin birinci rübündə SOCAR (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) xarici bazarlara 94 min tona yaxın metanol, 43 min tondan çox yaxın karbamid ixrac edib.

SOCAR-dan verilən məlumata görə, “SOCAR Polymer” tərəfindən istehsal olunan polimer məhsulları artaraq, 49 min tondan artıq olub.

Məlumata əsasən, istehsal edilən məhsulun 43 min tondan çoxu, yəni 89%-i ixrac edilib, 5%-ə yaxın hissəsi isə daxili bazarda reallaşdırılıb.