Alimlər Yerə bənzəyən planet aşkar etdilər

06:40 16-04-2020 462

Beynəlxalq araşdırmaçılar qrupu həcminə və temperaturuna görə Yerə ən çox bənzəyən ekzoplanet aşkar edib.

“Science” xəbər verir ki, “Kepler” teleskopunun köməyi ilə aşkar edilən planetə Kepler-1649c adını veriblər.

Bu göy cismini Yer planetindən 300 işıq ili ayırır. Onun radiusi bizim planetmizin radiusundan 1,06 dəfə böyükdür.

O, qırmızı cırtdan ulduzun ətrafında 19,5 sutka ərzində fırlanır.