Beş ölkə AVRO-2020-ni keçirmək niyyətində olduğunu açıqlayıb

20:20 16-04-2020 390

AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi etməli olan şəhərlərdən bəziləri 2021-ci ilə keçirilən yarışla bağlı niyyətlərini açıqlayıb.

HerGun.Az xəbər verir ki, Rumıniya (Buxarest), Danimarka (Kopenhagen), İrlandiya (Dublin), İngiltərə (London) və Almaniya (Münxen) futbol federasiyaları bu yarışı keçirmək niyyətində olduqlarını bildirib. 

Digər yeddi təşkilatçı şəhər isə koronavirus pandemiyası səbəbindən bir il sonraya təxirə düşən çempionatı təşkil etmək niyyətindən dönmədiyini aprelin 30-dək təsdiqləməlidir.

Bunlardan biri də Bakıdır. AFFA və yarışın Bakıdakı Təşkilat Komitəsi hələ rəsmi məlumat yaymayıb. Rusiya (Sankt-Peterburq), İtaliya (Roma), İspaniya (Bilbao), Şotlandiya (Qlazqo), Macarıstan (Budapeşt) və Niderland (Amsterdam) futbol federasiyaları da bu barədə qərarını rəsmi şəkildə açıqlamayıb.

Qeyd edək ki, 12 şəhərdə keçirilməli olan AVRO-2020-nin final mərhələsi martda təxirə salınıb. Bu yarış 2021-ci ilin 11 iyun – 11 iyul tarixlərinə keçiriləcək.