Bakı-Sumqayıt yolunda qəza törədən sürücü hadisə yerindən qaçıb - VİDEO

05:00 17-04-2020 618

Avtomobilini yüksək sürətlə idarə edən sürücü qəza törədərək hadisə yerindən qaçıb.

HerGun.Az xəbər verir ki, avtoqəza Bakı-Sumqayıt yollunda qeydə alınıb.

Sözügedən yol ilə paytaxt istiqamətində yüksək sürətlə hərəktdə olan "Daewoo" marklı minik maşının sürücüsü, idarəetməni itirərək, eyni istiqamətdə hərəkətdə olan "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin təsirindən "Daewoo" marklı avtomaşın aşıb. Avtomobili idarə edən sürücü isə nəqliyyat vasitəsindən düşərək qaçıb. Əraziyə cəlb olunmuş yol patrul xidməti əməkdaşları həmin sürücünün sərxoş olduğunu və polisə müqavimət göstərdiyini deyiblər.

Şəxsiyyəti bəlli olmayan sürücünün axtarışları istiqamətində araşdırma aparılır. Hadisənin dəqiq təffərüatları aparılan araşdırmaların sonunda bəlli olacaq.