Zamiq hamıdan gizlətdiyi oğlunun şəklini efirdə göstərdi - FOTO

22:20 17-04-2020 514

“Xəzər TV”də yayımlanan “5/5” axşam şousunda qonaq olan müğənni Zamiq Hüseynov canlı efirdə hamıdan gizlətdiyi yeddi aylıq Zeyn adlı övladının fotosunu göstərib.

HerGun.Az xəbər verir ki, proqramın aparıcısı Zaur Kamal Zamiqdən telefonunda övladının şəklinə baxmağı xahiş edib.

Sənətçi aparıcının sözünü yerə salmayaraq oğlu Zeynin fotosunu göstərib.

Zaur isə vəziyyətdən istifadə edərək Zamiqin oğlunun şəklini canlı efirdə yayımlayıb. Daha sonra isə Z.Hüseynov ailəsini və övladını ekranlardan uzaq tutmasını belə şərh edib:

“Hamı bilir ki, mən sənətə gəldiyim gündən bəri ailəmi hər zaman efirlərdən uzaq tutmuşam. Uşağı da göstərmək istəmirəm. Nə zaman bir yaşı olar, bəlkə o zaman şəklini göstərərəm. İstəməzdim ki, Zeyn böyüyəndə müğənni olsun. Çünki bu peşə çox çətindir. Müğənni olmaq insanlara kənardan çox asan görsənir. Amma çönüb arxama baxanda görürəm ki, 22 ilimi bu sənətə vermişəm. İstərdim ki, oğlum yaxşı təhsil alıb, böyük şirkətlərin birində çalışsın. Şirkət sahibi olsun”.

Rəşad Əliyev