Kanadada təyyarə avtomobil yoluna eniş etdi – VİDEO

08:20 20-04-2020 33

Kanadada kiçikhəcmli təyyarə texniki nasazlıq səbəbindən maşınların hərəkət etdiyi avtomobil yoluna eniş etməli olub.

“Fresh Daily” xəbər verir ki, Kvebek beynəlxalq hava limanına az qalmış nəqliyyat vasitəsi enməyə məcbur olub.

Ətrafda eniş üçün yararlı yalnız avtomobil yolu var idi.

Qeyd etmək lazımdır ki, yerli sürücülər bu hadisəyə soyuqqanlıqla yanaşıblar.

Bir neçə avtomobil zolağını dəyişərək təyyarəyə enməyə şərait yaradıb.